“Qarabağ”ın ispaniyalı futbolçusu Miçel Madeyra daha 1 il Ağdam klubunun uğurları üçün çalışacaq.

İspaniyalı futbolçu ümumiyyətlə, karyerasını "Qarabağ"da bitirmək istəyir. Gələn il 36 yaşı olacaq yarımmüdafiəçi bu barədə baş məşqçi Qurban Qurbanovla danışaraq məşqçinin razılığını alıb. Xatırladaq ki, karyerası ərzində Xixon "Sportinq"i,"Birmingem" və "Xetafe" kimi klubların şərəfini qoruyan Miçel 2015-ci ildən "Qarabağ"ın şərəfini qoruyur.